Kolin Çəpmanın oğluna sportkar hədiyyə ediblər

Lotus markasının rəhbəri Jan-Mark Jale yeni Evora GT410 Sport sportkarının açarlarını markanın banisi Kolin Çəpmanın oğluna təqdim edib. Bu hadisə Çəpmanın ilk avtomobili olan Lotus Mark I modelinin buraxılmasının 70 illik yubileyinə həsr edilib.

“Bu hadisə, bizim Classic Team Lotus (bu bölmənin direktoru Kolin Çəpmanın oğlu Klayvdır) bölməsi ilə  birləşərək bu əlamətdar tarixi qeyd etməsi üçün əla bəhanədir, - Jale bildirib. – Evora GT410 Sport Kolin Çəpmanın ilk avtomobilinə qoyduğu ideyalara tam uyğundur”.

Lotus Evora GT410 Sport modeli bu ilin yanvarında təqdim edilib.

Model 430 indeksli trek modifikasiyasının aerodinamikasına, həmçinin 416 at qüvvəsi və 420 Nm hasil edən mexaniki kompressorlu 3,5-litrlik altı silindrli mühərrikə sahib olub.

Güc aqreqatı altı pilləli mexaniki və ya avtomatik transmissiya ilə təchiz edilə bilər. Yerindən 100 km/saat həddinə sportkar 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 305 km/saatdır.

ДРУГИЕ СТАТЬИ