Audi şirkəti Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsində Audi PB18 e-tron konseptini təqdim edib. İstehsalçının bildirdiyinə görə, prototip «sabahkı günün yüksək məhsuldarlıqlı avtomobilinə radikal baxışdır». Buna baxmayaraq, Audi Sport bölümü tərəfindən yaradılan prototipə diqqət yetirmək gərəkdir - burada əksini tapmış həll yolları gələcəkdə alman şirkətinin elektriklə hərəkətə gələn avtomobillərində görmək mümkün olacaqdır.

Audi PB18 e-tron modelinin qabarit uzunluğu 4530 millimetr, eni - 2000 millimetr, hündürlüyü isə 1150 millimetrdir. Konseptin təkər bazasının genişliyi 2700 millimetr təşkil edir. Konseptin dizaynı Audi şirkətinin Malibudakı dizayn studiyası tərəfindən yaradılmışdır. Kuzov formasına gəldikdə isə, avtomobil şutinq-breyk tipli universalları xatırladır.

Konseptin yaradılması zamanı Audi dizayner və mühəndisləri R8 e-tron sportkarının və Audi F12 prototipinin, Aicon hetçbekinin, Audi e-tron Vision Gran Turismo yarış avtomobilinin və əlbəttə ki, Le-Manda yarışan R18 sportprototipinin yaradılması zamanı əldə etdikləri təcrübədən istifadə ediblər. Konseptin adındakı 18 rəqəmi də buna işarə edir.

Audi PB18 e-tron nəinki dizaynı ilə, eyni zamanda ikili istifadə konsepsiyası ilə maraqlıdır. Belə ki, konsept trekdə güzəşt etməyən yarış avtomobili, adi yollarda isə gündəlik istimara yararlı olan əlverişli kupedir. Bununda səbəbi monokokda bərkidilən və köndələn istiqamətdə hərəkət edən sürücü oturacağı və cihazlar panelidir. Trek rejimində sürücü kreslosu tən ortada yerləşir, adi rejimdə isə blok kənara çəkilir və sürücü oturacağının yanında sərnişin oturacağı quraşdırılır.

Belə bir kokpitin yaradılması sükanın və pedalların elektrokarla naqillər vasitəsi ilə birləşməsi sayəsində mümkün olubdur. Ən maraqlısı odur ki, elektromobildə heç bir avtonom idarəetmə sistemi quraşdırılmayıb. Avtomobil üç elektromotorla hərəkətə gəlir. Bunlardan ikisi arxada, biri isə öndə yerləşdirilib. Ümumilikdə elektrik güc qurğusu 680 at qüvvəsi və 830 Nm fırlanma anı hasil edir. Qısa müddət ərizndə güc 775 at qüvvəsinə qədər də artırıla bilər.

Avtomobildə quraşdırılmış Torque Control Manager bloku fırlanma anını sağ və sol təkərlər arasında tənzimləyərək döngəni sürətlə qət etməyə şərait yaradır. 100 km/saat həddinə PB18 e-tron iki saniyədən az müddətə sürətlənir. 1550 kiloqrama çəkiyə və 470 litrlik baqaj bölümünəı malik olan prototip 95 kilovat-saatlıq batareya, 22-düymlük təkər diskləri və karbon-saxsı əyləc mexanimləri ilə təchiz edilir. Aşağı çəkinin sirri avtomobilin təchiz olunduğu sərtgövdəli batareyalardadır.

Üstəlik, elektromobil 800 voltluq yeyin elektrik yükləmə qurğusundan qidalanır. İstehsalçı batareyaların tam Doldurulmasına 15 dəqiqənin kifayət edəcəyini iddia edir. Dolu batareya ilə elektrokar WLTP siklinə görə 500 kilometr qət etmək iqtidarındadır. Konseptin batareyalarını Audi Wireless qurğusu vasitəsi ilə naqilsiz şəkildə də doldurmaq mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt