Lada Vesta sedanı "yolsuzluq" modifikasiyasına sahib olub

“АвтоВАЗ” şirkəti rəsmi olaraq Lada Vesta Cross sedanını təqdim edib. Yeni sedanın carçısı bir il bundan öncə Moskvada keçirilən avtosalonda təqdim edilmişdir.

Dördqapılı Lada Vesta Cross sedanı SW Cross universalının dizayn elementlərindən istifadə edilərək hazırlanıbdır.

Sedan universaldan 17-düymlük təkər disklərini və 203 millimetrə qədər artırılmış klirensi irsən əldə edib. Hətta, Lada Vesta SW Cross ilə Vesta Cross modellərinin interyer tərtibatı da eynidir – sedanın salonunda da boz və narıncı haşiyələrin tətbiq edildiyini görmək olar. “Yolsuzluq” üçün nəzərdə tutulmuş sedanın hündürlüyü adi sedandan 29 millimetr çoxdur. Lada Vesta Cross modelinin modifikasiyaları və təchizat səviyyəsi barədə məlumat verilməyib. İstehsalçı bu barədə əlavə açıqlama verəcəyini bildirib. Məlumata görə, Lada Vesta Cross modelinin satışlarına yay aylarında başlamalıdır.

Universal modelində olduğu kimi, sedan da yalnız Luxe təchizat səviyyəsində təklif ediləcəkdir.

ДРУГИЕ СТАТЬИ