Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsində Ferrari şirkəti 488 Pista superkarının açıq kuzovlu variantını təqdim edib. Ferrari 488 Pista Spider italyan markasının 50-ci açıq modelidir. Spayder italyan markasının ən güclü V8 mühərriki ilə təchiz edilir. Opsional olaraq 488 Pista Spider superkarını jarbondan hazırlanmış disklərlə də sifariş etmək mümkündür.

Ferrari 488 Pista Spider 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 3,9-litrlik iki turbokompressorlu mühərrik ilə təchiz edilir. Superkar yerindən 100 km/saat həddinə 2,85 saniyəyə sürətlənir. 200 km/saat həddini toplamağa isə 8,0 saniyə gərəkdir. Bu kupe variantında olduğundan 0,4 saniyə yavaşdır.

Superkarın maksimal sürəti 340 km/saatdır. Qatalanan tavan səbəbi ilə Ferrari 488 Pista Spider kupe variantından 91 kiloqram ağırdır. Üstəlik, superkarın salonuna ayaqaltılar qoyulmamışdır - onları alüminium əlavələr əvəz edib. Qapı dəstəkləri də parçadan hazırlanmış qayışlarla əvəz edilib. Opsional olaraq sifariş edilən karbondan hazırlanmış təkər diskləri standart disklərdən 20% yüngüldür.

Bu ilin fevral ayında debüt etmiş Ferrari 488 Pista superkarı Ferrari 488 GTB modelinnin ekstremal varinatıdır. Onun çəkisi adi Ferrari 488 modelindən olduğundan 90 kiloqram azdır. Belə nəticənin əldə edilməsi avtomobilin konstruksiyasında karbondan geniş istifadə sayəsində mümkün olubdur. Superkarın kapotu, bamperləri, arxa spoyleri, cihazlar paneli və mərkəzi tonneli karbondan hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt