Aston Martin DBS adını dirçəldəcək

Aston Martin Vanquish modeli nəsil dəyişikliyi ilə birlikdə adını da dəyişəcəkdir. Bu ilin ikinci rübündə təqdim ediləcək yeni “qran turizmo” DBS Superleggera adını alacaqdır. Qeyd etmək lazımdır ki, DBS adı əvvəllər Aston Martin tərəfindən tətbiq edilib. Aston Martin DBS modelinin istehsalı 2012-ci ildə dayandırılıb.

Superleggera indeksinə gəldikdə isə, bu ad birbaşa italyan Carrozzeria Touring Superleggera kuzov atelyesinə işarə edir. İtalyan atelyesi vaxtilə Aston Martin şirkətinə DB4, DB5, DB 6 Mark 1 modellərinin yaradılmasında köməklik göstərmişdir. Bu indekslə istehsalçı “bir güllə ilə iki quş vurmuş” olur. Bu yazı eyni zamanda avtomobilin yüngül çəkiyə malik olacağını bildirir. Böyük ehtimalla, yeni Aston Martin DBS Superleggera DB11 kupesinin istehsalında istifadə edilən platformada inşa ediləcəkdir.

Yeni model, Second Century planına əsasən ikiqapılı modellərin yenilənməsi dövrünü başa vurur. Markanın baş dizayneri Marek Rayhman Aston Martin DBS Superleggera kupesini markanın “ən qabaqcıl” GT modeli adlandırıb.

Qeyri-rəsmi məlumatlara görə, yeni DBS modeli DB11 modelindən tanış olan 5,2-litrlik V12 biturbo mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatının hasilatı 650 at qüvvəsi təşkil etməlidir.

ДРУГИЕ СТАТЬИ