Jaguar şirkəti klassik E-Type sportkarının elektrik variantını kiçik seriya ilə istehsal etmək qərarına gəlib. Orijinal avtomobillərin sahiblərinə onların avtomobillərini elektrik ötürməsinə keçirilməsi də təklif ediləcəkdir. Lakin, modelin autentikliyini qoruyub-saxlamaq üçün bu prosesi əks istiqamətdə də etmək mümkün olacaqdır.

Keçən ilin sentyabrında istehsalçı Jaguar E-Type elektrik modelinin konsept variantını təqdim etmişdir. Rodster bir pilləli reduksiyalı ötürməsi olan 299 at qüvvəli elıektromotorla hərəkətə gəlirdi.

Mühərrikin qidalandığı 40 kilovat-saatlıq litium-ion batareyası ilə transmissya tonelində yerləşdirilmişdir. Bundan başqa, E-Type Zero işıqdiodlarından fənərlərə, müasir rəqəmsal cihazlar panelinə və multimedia sisteminə sahib olacaqdır.

Yerindən 100 km/saat həddini elektrik sportkar 5,5 saniyəyə toplayır. Dolu batareya ilə avtomobil 270 kilometr məsafə qət edə bilər. Batareyaların doldurulmasına 6-7 saat tələb olunur.

Elektrokarın texniki xarakteristikaları və qiyməti hələlik açıqlanmayıb. İstehsalçı markanın müştərilərinin belə avtomobili əldə etməkdə çox maraqlı olduqlarını qeyd edib. İlk sifarişçilər elektromobili 2020-ci ilin yazında alacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt