Renault şirkəti Moskvada keçirilən avtosalonda yeni kupeşəkilli krossoverin carçısı olan Arkana konseptini nümayiş etdirib. Bu avtomobil fransız markasının xüsusi olaraq Rusiya bazarı üçün yaradılmış ilk modelidir. Seriya modelinin satılacağı ilk ölkə də məhz Rusiya olacaqdır.

İstehsalçının bildirdiyinə görə, Renault Arkana kupe-krossoveri tamamilə yeni platformada inşa edilibdir.

Konseptin xarici görkəmi üzərində Fransadakı dizayn mərkəzinin mütəxəssisləri çalışıblar. Şirkətdən dəqiq məlumat verilməsə də, avtomobilin seqmentində ən iri təkər bazasına və kuzov sərtliyinə malik olduğu bildirilib. Bundan başqa, mühəndislər xüsusi olaraq Arkana modeli üçün yeni sükan idarəetməısi sistemini hazırlayıblar. Üstəlik, avtomobilin şassi elementlərinin 55 fazinin yeni olduğu qeyd edilir. Bu elementlərdən fransız markasının heç bir krossoverində istifadə edilməyib.

Renault Arkana modeli iki ötürmə növü ilə təklif ediləcəkdir - öndən və tam çəkiş.

 Eyni zamanda, krossoverin tamamilə yeni güc aqreqatına sahib olacağı da bildirilib. Lakin, mühərrik haqqında məlumat verilməyib. İstehsalçı yalnız mühərrikin güclü və qənaətcil olduğunu söyləyib. Texniki məlumatlar 2019-cu ildə təqdim ediləcəkdir.

Konseptin seriya mopdelinə maksimal yaxın olduğunu nəzərə alsaq, seriya modelinin gələn ilin əvvəlində debüt edəcəyini ehtimal etmək olar. Krossoverin istehsalına gələn Renault şirkətinin Moskvadakı zavodunda başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt