Skoda şirkəti Vison RS adlı konsept avtomobilinin eksizlərini dərc edib. Konsept gələcəkdə RS ailəsindən olan modellərin dizaynının hansı istiqamətdə inkişaf edəcəyi barədə məlumat verməklə yanaşı, həmçinin yeni yığcam modelin dizayn üslubunu nümayiş etdirir.

Bu ilin payızında Paris avtosalonunda debüt edəcək konseptin qabarit uzunluğu 4365 millimetr, eni - 1810 millimetr, hündürlüyü isə 1431 millimetrdir. Prototipin təkər bazasının uzunluğu 2650 millimetrdir. Beləliklə, konsept Rapid modelindən qısa, ensiz və alçaq olsa da, onun təkər bazası bir qədər genişdir.

Konsept avtomobilinin xüsusiyyətlərindən biri iti bucaqları olan döymələr, nazik üçbucaq formalı ön fənərlər, hava girişlərinin karbondan haşiyəsi olan ön bamper, karbondan hazırlanmış arxa spoyler və diffuzordur. Prototipin güc qurğusu barədə məlumat verilməyib.