Porsche şirkətinin Leypsiqdəki zavodunda yenilənmiş Macan modelinin istehsalına başlanıb. Konveyerdən çıxan yaşıl Mamba Green Metallic rəngli krossover Çindən olan alıcısına göndərilibdir. Sentyabr ayının əvvəlinə Porsche Macan modelinin gündəlik istehsal sayı 420 nüsxəni keçməlidir.

2011-ci ildə modernizasiya edilmiş Leypsiqdəki istehsal meydançası özünün kuzov və boyama sexinə malik olub. 2014-cü ildə bu zavodda ildə 40 min Macan yığırdılarsa, bu gün bu rəqəm 90 mindən artıqdır.

Restaylinq keçmiş Porsche Macan modeli yenidən tənzimlənmiş asqı, yeni 20 və 21-düymlük təkər diskləri, tıxaclarda hərəkət assistenti və Offroad Precision tətbiqi ilə təchiz olunur. Sonuncu yolsuzluqda hərəkət rəhbəri və keçilmiş yol haqqında məlumatın toplanması funksiyasına malikdir. Avtomobilin salonunda 11-düymlük ekranı və bulud xidmətinə girişi olan yeni multimedia sistemi quraşdırılmışdır.

Xatırladaq ki, yenilənmiş Macan modelinin təqdimatı bu ilin yayında Şanxayda keçirilmişdir. Yenilənmədən sonra krossover başqa işıqdiodlarından ön fınərlərə və «üçölçülü» LED-zolağı olan arxa fənərlər sahib olmuşdur. Alman markasının yerli nümayəndəsi bu gündən yenilənmiş Porsche Macan modelinə sifarişləri qəbul edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt