Horasio Paqani üçün xüsusi olaraq hazırlanmış Pagani Zonda HP Barchetta superkarı dünyanın ən bahalı yeni avtomobili olub. “Top Gear” nəşrinə verdiyi müsahibəsində Horasio Paqani superkarın 15 milyon avroya satılacağını bildirib. Bu, yeganə nüsxədə olan 11,2 milyon avroluq Rolls-Royce Sweptail modelindən belə bahadır. “Barketta” üç nüsxədə istehsal ediləcəkdir ki, onlardan biri də artıq Horasio Paqaninin özünə məxsusdur.

Bu Zonda modelini digərlərindən fərqləndirən xüsusiyyəti kəsilmiş ön dayağı və maili yan şüşəsi olan "barketta" kuzovu, həmçinin karbonla örtülən arxa təkərləridir. Xüsusi avtomobil üç nüsxədə buraxılacaqdır ki, onlardan biri Horasio Paqaninin şəxsi kolleksiyasına daxil olacaqdır.

Avtomobil açıq-qəhvəyi rəng interyerə, damalı parça ilə üzlənmiş oturacaqlara, altı pilləli mexaniki ötürmələr qutusuna, Cinque modifikasiyasının üslubunda olan hava girişinə, 20 (öndə) və 21-düymlük təkər (arxada)  disklərinə, həmçinin Pirelli P-Zero Corsa təkərlərinə malikdir. 

Zonda HP Barchetta modeli 800 at qüvvəsi hasil edən və Mercedes-AMG istehsalı olan 7,3-litrlik V12 atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Pagani Zonda modeli 1999-cu ildən 2011-ci ilə qədər buraxılıb. Altı il bundan öncə istehsalçı modelin buraxılışına Tricolor modifikasiyası ilə xitam verildiyini bildirsə də, bir neçə dəfə modelin eksklyuziv variantlarını xüsusi sifarişlərlə istehsal edib.

İndi isə italyanlar, sonuncu buraxılan modelin HP Barchetta olacağı bildiriliblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt