EQC elektrik krossoverinin təqdimat tarixi yaxınlaşdıqca Mercedes-Benz şirkətinin dərc etdiyi tizerlərin sayı da artmağa başlayır. Bu gün alman istehsalçısı model haqqında yeni videoçarxı dərc edib. Bu çarxda elektrokrossoverin ön tərəfi tam şəkildə göstərilir.

Son üç ildə üzərində çalışmalar gedən krossoverin təqdimatı 4 sentyabr tarixində Stokholmda keçiriləcək xüsusi tədbirdə baş tutacaqdır. Krossover barədə texniki məlumat verilməyibdir.  Yeni krossoverin carçısı olan Generation EQ konsept avtomobili üçuçi hasilatı 408 at qüvvəsi və 700 Nm fırlanma anı olan iki elektrik mühərriki ilə təchiz edilirdi. Gec qurğusu 70 kilovat-saatlıq litium-ion batareyalarından qidalanırdılar. Konseptin yürüş ehtiyatı 500 kilometr idi.

Yeni elektrokrossoverin sınaqları zamanı 90 prototip və 30 seriyaöncəsi modeldən istifadə edilibdir. Onlar, dörd qitədə ümumilikdə milyon kilometrdən çox yol qət ediblər. Elektrokarlar +50 dərəcədən - 35 dərəcəyə kimi temperaturlarda sınaqdan çıxarılıbdərlar. Mercedes-Benz EQC modelinin istehsalına gələn il başlanacaqdır. Artıq elektrokrossoverə öncədən sifarişlər qəbul edilir. İlkin olaraq avtomobili sifariş etmək şansı Norveç sakinlərinə qismət olub.