Honda S660 rodsteri onun simasını tamamilə dəyişən Neo Classic adlı staylinq-dəstinə sahib olub. Eksteryer elementləri, 1960-cı illərin Honda idman avtomobillərinin üslubunda dizayn edilibdir.

Şüşəlifləri ilə gücləndirilmiş plastikdən hazırlanmış kuzov panelləri əlavə rənglənməyə ehtiyac duymurlar və zavod bərkitmə nöqtələri üçün hesablanmışdırlar. Bu dəst, qapılar və dam başqa istisna olmaqla, digər kuzov elementlərinin dəyişdirilməsini nəzərdə tutur. Avomobil üçün, Neo Classic dəstinə daxil olan yeni işıq texnikası da nəzərdə tutulubdur.

Staylinq-kitin Yaponiyadakı satış qiyməti 1 296 000 yen (19790 manat) təşkil edir.

İlk 100 dəstə fərdi nömrə həkk edilmiş metal lövhəcik də daxil olacaqdır. Dəstlər Yaponiyadakı rəsmi dilerlər vasitəsi ilə satılacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt