Toyota şirkəti yeni nəsil Corolla Touring Sports universalını təqdim edib. Avropa bazarında avtomobil Auris Touring Sports modelini əvəz edəcəkdir. Hetçbek modeli kimi universal da GA-C platformasında inşa edilibdir. Toyota Corolla Touring Sports benzin turbomühərrik və iki hibrid qurğusu ilə təchiz olunur.

Toyota Corolla Touring Sports universalı TNGA modul arxitektirasından istifadə edilmək ilə inşa edilibdir. Universal öndə McPherson dayağı, arxada isə  yenidən hazırlanmış çoxqollu asqı ilə təchiz olunub. İlk dəfə olaraq Corolla modeli üçün adaptiv (AVS) asqısı əlçatandır. Universalın təkər bazasının uzunluğu 2700 millimetr təşkil edir. Bu əvvəlki universalda olduğundan 100 millimetr artıqdır. 

Sələfinə nisbətən yeni universal daha aşağı ağırlıq mərkəzinə malikdir. Bu, mühərrikin dayaqlarının yerləşməsinin dəyişməsi, oturacaqların quraşdırılması hündürlüyü və arxa cərgənin altında yerləşdirilmiş batareyalar sayəsində mümkün olub. İstehsalçının bildirdiyinə görə, Corolla Touring Sports sinfində arxa səzrnişinlərin ayaq zonasında ən geniş məkan təklif edir. Universalın baqaj bölümü 598 litrdir.

Avropa bazarında Toyota Corolla Touring Sports 116 at qüvvəli 1,2-litrlik benzin turbomühərriki, 122 və 180 at qüvvəsi hasil edən iki hibrid qurğusu ilə təklif ediləcəkdir. Qurğulardan biri 1,8-litrlik, digəri isə 2,0-litrlik mühərrikin bazasında hazırlanıbdır.

Universalın təchizatına proyeksiya displeyi, JBL səs sistemi, smartfonların induksion doldurulması sistemi daxildir. Toyota Corolla Touring Sports universalının kütləvi debütü oktyabr ayında Paris avtosalonunda baş tutacaqdır. 

Image alt Image alt Image alt Image alt