Kolleksiyaçı və yarışçı Eugenio Amos tərəfindən təsis edilmiş Automobili Amos şirkəti əfsanəvi Lancia Delta HF Integrale modelinin üslubunda hazırlanmış restomodu təqdim edib. Avtomobilin debütü 6-9 sentaybr tarixlərində keçiriləcək Grand Basel sərgisində baş tutacaqdır.

Delta Integrale Futurista adını almış avtomobilin texniki hissəsi barədə ətraflı məlumat verilməyib. Avtomobilin əsasını əlçatan Delta Integrale 16V təşkil edir. Avtomobil üçün yeni kuzov hazırlanmış və asqıların geometriyası dəyişdirilmişdir. Təkmilləşdirmələrdən sonra Lancia izafi dönmə xarakteristikalarına malik olacaqdır ki, orijinal model belə xarakteristikaya sahib deyildi. Delta Integrale Futurista restomodu yalnız üçqapılı kuzovla təklif ediləcəkdir.

Sportkarın əsas cəhətləri genişləndirilmiş təkər tağları olan kuzov, tamamilə karbondan hazırlanmış ön hissə, müasir ön işıq texnikası, Lancia Delta S4 modelindən götürülmüş salondur. Restomodun çəkisi 1250 kiloqram təşkil edir. Xüsusi Verde Brinzio (Amosun maşın sürməyi öyrəndiyi Brinsio kommunasının şərəfinə adlandırılıb) yaşıl çaları xüsusi olaraq bu avtomobil üçün yaradılıbdır. Avtomobilin loqotipiləri isə Enzo Ferrari üçün ilk emblemləri hazırlanmış şirkət tərəfindən istehsal edilir.  

330 at qüvvəli restomodda orijinal ötürmələr qutusunun gücləndirilmiş variantı istifadə edilir. Bundan başqa, mühəndislər arxa differensialı təkmilləşdirmış və baş ötürmə üzərində işləmişdirlər. Avtomobilin salonunda Recaro oturacaqları, alüminiumdan pedallar və yeni sükan çarxı quraşdırılıb. 

Fevral ayında Lancia Delta Integrale Futurista modelinin yığılması Pyemontda təşkil ediləcəyi bildirilmişdir. Burada Automobili Amos şirkətinin çoxsaylı malgöndərənləri və xırda istehsal üzrə ixtisaslaşmış şirkətlər yerləşir. Avtomobilin tirajı 15 ədəd təşkil edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt