Infiniti elektromobillər üçün yeni platforma hazırlayıb

Infiniti şirkəti Q Inspiration konseptinin motivləri üzrə hazırlanacaq elektromobil üçün yeni platformanı yaradacağını bildirib. Xatırladaq ki, bu konsept avtomobili keçən qışda Detroyt avtosalonunda nümayiş etdirilmişdir. Bu barədə məlumatı Pekin avtosalonu öncəsi şirkətin prezidenti Ronald Kryuger verib.

Yeni platformada bir neçə elektromobilin inşa edilməsi nəzərdə tutulubdur. Onlardan birincisi 2021-ci ildə təqdim ediləcəkdir. Bu modellərdən biri Q Inspiration modelinin xarici görkəminə malik olan sedan olacaqdır. Yeni platformanın konstruksiyası həm tam elektrik modellərinin, həm də tərkibinə yığcam e-Power benzin mühərriki daxil olan hibridlərin inşa edilməsini nəzərdə tutur.  

Kryuger Q Inspiration konseptinin şirkətin yeni dizayn üslubunun ilk nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, konsept çinli alıcıların zövqlərinə uyğun olaraq hazırlanıb. Bu səbəbdən də belə avtomobil dinamik və geniş, həmçinin idman görünüşünə malik olmalıdır. Konsept üzərində çalışmaları markanın yeni şef-dizayneri Kərim Həbibin başçılıq etdiyi komanda aparıb.

ДРУГИЕ СТАТЬИ