Rogea Racing Alfa Romeo 4C kupesini sürətləndirib

Alman Rogea Racing tüninq atelyesi Alfa Romeo 4C kupesinin hardkor varinatını hazırlayıb. Avtomobilin beş nüsxədə buraxılması nəzərdə tutulub. Qisas tanrıçası Nemezidanın şərəfinə həsr edilmiş kupenin maksimal sürəti artaraq 308 km/saat olub.

Tünerlər kupenin 1,75-litrlik mühərrikinin həcmini 1,95-litrə qədər artırıb, onu yeni turbokompressor, tökmə dirsəkli valla, təkmilləşdirilmiş silindr başlıqları və diametric artırılmış çıxış klapanları ilə təchiz ediblər. Nəticədə kupenin mühərrikinin gücü iki dəfə artıb: onun gücü 237 at qüvvəsindən 477 at qüvvəsinə, fırlanma anı isə 350 Nm-dən 535 Nm-ə qədər artıb. 100 km/saat həddinə tüninq keçmiş kupe adi modeldən 0,9 saniyə daha yeyin - 3,9 saniyəyə sürətlənir.  

Rogea Racing mütəxəssisləri avtomobili karbondan başlıqları olan yeni səsboğucu sistemlə təchiz etmiş, ötürmələr qutusunu yenidən tənzimləmiş, idarəetmə elektronikasının proqram təminatını yenidən yazmış və yeni aerodinamik kuzov dəsti hazırlamışdırlar. Avtomobil öndə 18, arxada isə 19-düymlük təkər disklərinə sahib olub.

İnteryerin tərtibatında isə dəri və alkantaradan istifadə edilibdir.

ДРУГИЕ СТАТЬИ