Alman istehsalçısı bayraqdar krossoveri olacaq X7 modelini oktyabr ayının ortalarında təqdim etməyi planlaşdırır. X7 modelinin əsas hədəfi Mercedes-Benz GLS krossoveri və Audi Q8 modeli olmalıdır.

X7 krossoveri 3-Series və 7-Series sedanlarının, həmçinin yeni nəsil X3 modelinin istehsalında istifadə edilən CLAR modul platformasında inşa edilibdir.

Bavariya istehsalçısının yeni flaqmanı iri ölçülərə malik olacaqdır. Krossoverin qabarit uzunluğu 5100 millimetr, eni - 2020 millimetr, hündürlüyü isə 1800 millimetr təşkil edəcəkdir. Beləliklə, X7 krossoveri X5 modelindən 178 millimetr uzun, 16 millimetr enli və 55 millimetr hündürdür.

Onun təkər bazası 3010 millimetrdir ki, X5 modelində bu rəqəm 2975 millimetrdir. BMW X7 modelinin pilot istehsalına keçən ilin sonunda alman istehsalçısının Spartanburqdakı zavodunda başlanıbdır.

Bu zavodda X3, X4, X5 və X6 modelləri də istehsal olunur. İlkin olaraq X7 modeli 3,0-litrlik altı silindrli benzin və dizel, həmçinin 4,4-litrlik V8 aqreqatı ilə təklif ediləcəkdir. Sonradan krossoverin mühərrik qammasına hibrid güc aqreqatı da daxil ediləcəkdir.

Çox güman ki, flaqmanın ən dəbdəbəli modifikasiyası 610 at qüvvəsi hasil edən 6,6-litrlik V12 mühərriki ilə də təchiz ediləcəkdir. Avtomobilin zahiri görkəminə gəldikdə isə, bu artıq sirr deyildir. Bir müddət bundan öncə krossoverin patent təsvirləri yayılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt