Porsche Cayenne modelinin bazaslnda inşa edilən kupeşəkilli Cayenne Coupe modeli gələn ilin yazında debüt etməlidir. Lakin, artıq model haqqında yeni məlumat daxil olmağa davam edir. Bu günlərdə Nürburqrində sınaqdan keçirilən prototip maraqlı aerodinamik ülümüntlər ilə qeydə alınıb.

Dərc edilmiş fotoşəkillərdə də göründüyü kimi, kupeşəkilli krossover iki arxa spoylerə malikdir. Bunlardan biri tavanda bərkidilən statik spoylerdir ki, onun ilə tavan arasında məkanın olduğu nəzərə çarpır. Bu spoylerlə tandemdə çalışan ikinci aktiv spoyler isə baqaj qapağına inteqrasiya edilib. Adətən aktiv aerodinamik elementlər krossoverlər üçün xarakterik deyildir. Bəlkə də bu səbəbdən, keçən il Porsche Cayenne Turbo modelində nümayiş etdirilmiş  beşinci qapının üzərindəki aktiv spoyler bir çoxlarını təəccübləndirmişdi. Cəsus fotoşəkillərindən göründüyü kimi, Porsche aerodinamikləri bu ideyanı inkişaf etdiriblər.

Əlbəttə ki, kupe-krossover dizayn cəhətdən də adi Cayenne modelindən fərqlənəcəkdir. Bu təkcə mailliliyi artan tavan xəttindən ibarət deyildir. Ön tərəfdəki fərq bamper forması ilə məhdudlaşsa da, arxa tərəfdəki işıq texnikasının da fərqli olacağına fənərlərin güclü kamuflyajı işarə edir.

Image alt Image alt Image alt

Fotocəsusların daha bir qəniməti yeni nəsil Porsche 911 GT3 moidelinin prototipidir. Növbəti 911 modeli artıq Carrera, Turbo və Cabrio modifikasiyalarında cəsuslara dəfələrlə tuş gəlibdir. Bu dəfə isə qarşımızdakı modeli GT3-dür. Əvvəlki nəsil GT3 modeli hərəkətsiz antiqanada malik olsa da, yeni nəsildə yenə də aktiv arxa antiqanadın quraşdırıldığını görürük.

Bunun bir neçə izahı ola bilər: qarışızdakı müvəqqəti prototipdir və əsl antiqanad sonrakı prototipdə quraşdırıla bilər. Yaxud, almanlar GT3 modelinin aerodinamik konsepsiyasını dəyişmək qərarına gəliblər. Ola bilər ki, qarşımızda daha təmiz zərif siluetə malik olan GT3 Touring Package versiyasının prototipidir. İstənilən halda, bizə seriya modelinin debütünü gözləmək qalır..

Image alt Image alt