Renault şirkəti restaylinq keçmiş Kadjar krossoverini təqdim edib. Kütləvi debütü Paris avtosalonunda keçiriləcək krossoverin mühərrik çeşidi tamamilə yenilənibdir.

Krossoverin xarici görkəmi cüzi dəyişikliklərə məruz qalıb: ön bamperdəki qara elementlərin sahəsi azaldılmış, hava girişlərinin forması dəyişdirilmiş, duman əleyhinə işıqlar isə xromdan haşiyələrə malik olublar. Ümumiyyətlə, avtomobilin eksteryerində xrom elementlərin sayı artıb.

Duman əleyhinə fənərlərlə yanaşı radiator barmaqlığı və ön fənərlərin gövdələri də xrom elementlərə malik olublar.  Fransızlar xrom elementlərin avtomobilin ön hissəsini vizual olaraq genişlətdiyini iddia edirlər. Arxa hissədə olan dəyişikliklər də çox deyildir.

Buradakı dəyişikliklər arxa fənərlərin yeni naxışlarından, rənglənməmiş plastikin azalmasından, həmçinin arxa duman əleyhinə fənərlərin və arxa hərəkət işıqğının böyüdülmüş formalarından ibarətdir. Bununla avtomobilin zahirində baş vermiş dəyişikliklər bitir. Krossoverin salonunda baş vermiş əsas dəyişikliklər elektronikaya aiddir. Yenilənmiş Renault Kadjar 7-düymlük sensorlu ekranı olan, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən R-Link 2 multimedia sisteminə sahib olub. Klimat-kontrolun bloku da modifikasiya edilibdir.

Ön kreslolar daha rahat olub və uzununa tənzimlənən oturacaq hissəsinə malik olub.

Modelin ən ciddi dəyişikliyə qalan hissəsi mühərrik çeşididir. Əvvəlki mühəəriklərdən yeni qoruyan aqreqat 115 at qüvvəli 1,5-litrlik dizel olub. Bundan başqa, krossover 149 at qüvvəli 1,75-litrlik dizel mühərrikinə də sahib olub.

Benzin mühərriklərinə gəldikdə isə, Kadjar modeli Daimler konserni ilə birlikdə yaradılmış 1,3-litrlik TCe turbomühərriki ilə təchiz ediləcəkdir.

Bu mühərrik iki güc variantında – 140 və 160 at qüvvəsi ilə təklif ediləcəkdir. Tam çəkiş sisteminə gəldikdə isə, bu ötürmə yalnız ən güclü turbodizellə birlikdə təklif ediləcəkdir. Qalan mühərriklər yalnız öndən çəkiş sistemi ilə tandemdə çalışacaqdır.

Belə avtomobillərin sifarişçiləri altı pilləli mexaniki və ya yeddi diapazonlu “robotun” arasında seçim edə bilərlər. 1,75-litrlik dizel isə alternativsiz olaraq mexaniki transmissiya ilə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt