Oktyabr ayında işinə başlayacaq Paris avtosalonunda Skoda şirkəti Kodiaq krossoverinin “qaynar” RS modifikasiyasını təqdim edəcəkdir. Bu gün çex istehsalçısı yeni modifikasiya haqqında təsəvür yaradan videotizeri dərc edib. Skoda Kodiaq RS çex markasının standart olaraq tamamilə işıqdiodlarından hazırlanmış optikaya, mühərrikin səsini gücləndirən Dynamic Sound Boost sisteminə və virtual cihazlar panelinə sahib olacaq ilk modeli olacaqdır.

Videoçarxda təsvir edilən “qaynar” krossover bu model ilə birlikdə debüt edəcək opsional mavi Race Blue rənginə boyanmışdır.  Krossover beş tərtibat rejiminə malik olan virtual cihazlar panelinə də sahib olub.

İstehsalçının sözlərinə görə, yeni loqotip «RS ailəsinin gücü və idman xarakterini» nümayiş etdirir. Skoda Kodiaq RS modeli 239 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 2,0-litrlik dizel mühərriki ilə hərəkətə gələcəkdir. Güc aqreqatı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

İlkin məlumata görə, «qaynar» krossover 100 km/saat həddini 6,5 saniyəyə toplayacaqdır. İyun ayında Sabina Şmitsin idarə etdiyi Skoda Kodiaq RS modeli yeddi yerli krossoverlər üçün Nürburqrinqin yeni rekorduna imza atıb. Krossover treki 9 dəqiqə 29,84 saniyəyə qət edib.