Yeni Rolls-Royce Cullinan modelinin fotoşəkilləri yayılıb

Bu neçə dəqiqə öncə internet şəbəkəsində yeni Rolls-Royce Cullinan modelinin fotoşəkilləri peyda olub. Fotoşəkilləri eng_aalhammadi adlı istifadəçi Instagram sosial şəbəkəsində yayıb.

Dəbdəbəli ofroder yeni nəsil Phantom modelinin inşa edildiyi miqyaslanan alüminium platormasına sahib olacaqdır.

Onun qabarit uzunluğu 5,5 metrə bərabər olacaq. Avtomobilin uzunbazalı bayraqdar modifikasiyası da hazırlanacaqdır. Bu modifikasiyanın uzunluğu altı metrə yaxın olacaqdır. Rolls-Royce Cullinan modelinin 571 at qüvvəli 6,75-litrlik V12 mühərriki və səkkiz pilləli ZF avtomatik transmissiyası və tam çəkiş sistemi ilə təchiz ediləcəyi güman olunur. Sonradan ofroderin hibrid modifikasiyasının təklif ediləcəyi bildirilsə də, belə versiyanın dəqiq təqdimat vaxtı açıqlanmayıb. Əvvəl britaniyalılar yeni modelin “isanları operadan Alp dağlarına paracaq əsl yolsuzluq avtomobili” olacağını bildirmişdirlər.

Britaniyalılar ofroder buraxmaq qərarını müştərilərin çoxsaylı müraciətlərindən sonra qəbul etdiklərini xüsusi olaraq vurğulayıblar.

ДРУГИЕ СТАТЬИ