Citroen şirkətinin DS3 Crossback modelinin əsasında elektrokrossoverin buraxacağı barədə məlumat vermişdik. Bu gün internet şəbəkəsində yeni elektrokarın fotoşəkilləri peyda olub.

Elektrokarın dizaynı fransız markasının bayraqdar krossoveri olan DS7 Crossback modelinin üslubunda hazırlanmışdır. Yeni elektrokrossover elektrik mühərriki ilə təchiz ediləcək Volvo XC40 və gələcək Mercedes-Benz GLB krossoverləri olacaqdır. Yeni modelin kütləvi təqdimatı oktyabr ayında işinə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir. DS3 Crossback modeli premial fransız brendinin ilk elektromobili olacaqdır.

İlkin məlumata görə, elektrokrossover xüsusi olaraq elektromobillər üçün hazırlanmış e-CMP modul platformasında inşa ediləcəkdir. Bu şassi PSA qrupunun tərkibində ən texnoloji marka sayılan DS ilə debüt edəcəkdir. Model haqqında ətraflı məlumat yoxdur. Autocar dərgisi elektrokrossoverin 50 kilovat-saatlıq batareya ilə təchiz ediləcəyini bildirib. Krossoverin yürüş ehtiyatı 200 kilometr olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt