Kia şirkəti ProCeed modelinin ardınca "qaynar" Ceed GT hetçbekinin yeni nəslini təqdim edib. Koreya istehsalçısı yeni modeli yeddi pilləli DCT robotlaşdırılmış transmissiya ilə təklif edir.

"Qaynar" hetçbek adi Ceed hetçbekindən genişləndirilmiş hava girişləri və qara-parlaq haşiyələri olan ön bamper, tünd xrom rəngli haşiyəsi və qırmızı aksentləri iolan şanvari quruluşlu dəyişdirilmiş radiator barmaqlığı ilə seçilir. Relyefli kandarlar da qara-qırmızı rəngli aksentlərə malik olub.

Kia Ceed GT modeli əvvəlki kimi 204 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edən 1,6-litrlik dörd silindrli turbomühərrikə sahib olacaqdır. Robotla təchiz edilən avtomobillər ötürmələr qutusunun sükanaltı dəstəklərinə və iki əvvəlcədən quraşdırılmış profili olan hərəkət rejimlərinin dəyişmə sisteminə sahib olub.

Kia Ceed GT modeli sürətlənmə zamanı səsboğucu sisteminin səsini gücləndirlən idarə olunan çəpərciklərlə də təchiz edilir.

Bundan əlavə, mühərrikin səsi audiosistemin dinamikləri vasitəsi ilə salona ötürülür. Kia Ceed GT modelinin təchizatına yeddi və səkkiz düymlük sensorlu displeyi olan multimedia sistemi, premium JBL səs sistemi, açarsız giriş, alın şüşəsinin qızdırılması, smartfonların naqilsiz doldurulması, bütün oturacaqların qızdırılması daxildir.

Bundan başqa, Ceed GT 180 km/saat sürətində qədər çalışan zolaqda saxlama funksiyasını, adaptiv kruiz-kontrol, parklanma yardımçısı, piyadaları aşkarlayaraq öndən qəzaları xəbərdar edən sistemi və dartma vektoru olan elektron dayanıqlılıq sistemini da əldə edib.

Yeni Kia Ceed GT modelinin Avropadakı satışlarına 2019-cu ilin əvvəlində başlanacaqdır