Aston Martin şirkəti xüsusi seriyadan olan Vatnage V600 superkarını buraxacaq

Aston Martin şirkəti V12 Vantage modelinin V600 adlı xüsusi seriyasını təqdim edib. Xüsusi seriyadan olan 14 avtomobil inşa ediləcəkdir ki, bunların yeddisi kupe, qalanı isə kabriolet olacaqdır. Çox güman ki, britaniya istehsalçısı bu seriya ilə cari Aston Martin V12 Vantage modeli ilə vidalaşır.

Markanın müştərilərindən biri tərəfindən sifariş edilmiş xüsusi seriya 1998-ci ilin V8 Vantage V600 modelinə həsr edilibdir.  600 at qüvvəsinə malik olan avtomobil zamanının ən ekstremal avtomobillərindən biri olub.  Yeni V600 modelinin əsasında VH platforması duracaqdır. Bu platformadan Vantage modelinin əvvəlki nəsli inşa edilirdi. Xüsusi seriyadan olan avtomobillər eksklyuziv avtomobillərin istehsalını nəzərdə tutan Q by Aston Martin – Commission proqramı çərçivəsində buraxılacaqdır.

Aston Martin Vantage V600 modeli 600 at qüvvəsi hasil edən modernləşdirilmiş 6,0-litrlik V12 mühərriki və yeddi pilləli mexaniki transmissiya ilə təchiz ediləcəkdir. 100 km/saat həddinə model 3,7 saniyəyə sürətlənəcəkdir. Onun maksimal sürəti 330 km/saat təşkil edəcəkdir. Vantage V600 superkarı tamamilə karbondan hazırlanmış kuzova, adaptiv asqı sisteminə, karbonplastikdən diffuzora və mərkəzi bağlanması olan təkər disklərinə sahib olacaqdır. malik olacaqdır.

ДРУГИЕ СТАТЬИ