Mercedes-Benz şirkəti oktyabr ayında Parisdə keçiriləcək avtosalonda “qaynar” A35 hetçbekini təqdim etməyə hazırlaşır. Yeni model “ucuz” qiymətə AMG modeli əldə etmək istəyənlər üçün yeni bir şansdır.

Doğrudur, alman istehsalçısının Affalterbaxda yerləşən AMG bölməsi “qaynar” model barədə heç bir məlumat verməyib və iki tizeri dərc etməklə kifayətlənib. Tizerlərdə AMG loqotipi olan radiator barmaqlığını və işıqdiodlarından hazırlanmış ön fənərin bir hissəsini görmək olar.  

“Qaynar” hetçbekin arxa hissəsinin şəkilləri olmasa da, Mercedes-AMG A35 4Matic modelinin səsboğucu sisteminin çütlənmiş çıxış borularına sahib olacağını bilirik.  Alman istehsalçısı texniki məlumatı səsləndirməsə də, “qaynar” hetçbekin dörd silindrli 2,0-litrlik turbomühərrik və 4Matic tam çəkiş sistemi ilə təchiz ediləcəyini ehtimal edirik.

AMG bölümünün rəhbəri Tobias Moers Audi S3 modeli ilə rəqabət aparacaq Mercedes-AMG A35 hetçbekinin  “300 at qüvvəsinə qədər” gücə sahib olacağını bildirib.

Yeni modelə sifarişlər oktyabr ayından başlayaraq qəbul ediləcəkdir. Alman istehsalçısı 2019-cu ildə "bərkgedən" A45 və A45 S hetçbeklərini təqdim etməyi planlaşdırır.   

Image alt Image alt Image alt Image alt Image alt