Volkswagen şirkəti 2019-cu ilin iyulunda Beetle modelinin istehsalını dayandıracağını rəsmi şəkildə bəyan edib. “Beşinci” Golf modelinin bazasında inşa edilmiş avtomobil ona bəslənən ümidləri doğrultmayıb. 2012-ci ildə 108 min tirajla satılan avtomobilin keçən ilki satış rəqəmi ümumiyyətlə iki dəfə az olub.

Bu səbəbdən də alman istehsalçısının rəhbərliyi Beetle modelinin istehsal edildiyi Pueblodakı (Meksika) müəssisəni tələbatı yüksək olan modelin (oxu – krossoverə) buraxılmasına yönəltməyə qərar verib. Ən başlıcası odur ki, “Böcək” davamçısız qalacaqdır. Lakin, Volkswagen rəhbərliyi Beetle ruhunda elektromobilin buraxılacağını istisna etmirlər.

“Böcəyin” gedişini qeyd etmək üçün alman istehsalçısı Final Edition seriyasını hazırlamaq qərarına gəlib.

“Final” seriyasından olan avtomobillər 2003-cü ildə Meksikada istehsal edilmiş orijinal Beetle modeli üslubunda tərtibata malik olacaqdırlar.

Belə ki, modelin rəng palitrasında üç standart rəng ilə yanaşı nostalji hissləri aşılayan qəhvəyi və mavi çalarlar peyda olub. Final Edition seriyasından olan avtomobillər dekoru, arxa hissədə olan xüsusi “Beetle” yazısı və retrodizayna malik olan opsional təkər diskləri ilə seçilir. Salonda isə xalq arasında “paxlava” adlandırılan rombşəkilli tikişləri görmək olar.

Təchizat səviyyəsindən asılı olaraq salon tərtibatında dəri əvəzləyicisi və ya əsl dəridən istifadə edilir. “Vida” seriyasından olan hetçbek və kabrioletlər 176 at qüvvəli 2,0-litrlik TSI mühərriki və altı pilləli avtomatik transmissiya ilə təchiz edilirlər.  Final seriyasından olan avtomobillər yalnız ABŞ bazarında satılacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt