Keçən həftə BMW şirkətinin Paris avtosalonunda nümayiş etdirəcəyi Vision iNEXT konseptinin İnternet şəbəkəsinə sızan fotoşəkillərini dərc etmişdik. Artıq sirrin üstünün açıldığını görən Münhen istehsalçısı yeni model haqqında rəsmi məlumatı dərc edib.

Vision iNEXT konsepti alman markasının avtomobillərində yaxın illərdə baş verəcək yeniliklər barədə məlumat verir. Bu konseptdə əksini tapmış dizayner və texnoloji innovasiyaları biz yeni nəsil BMW avtomobillərində görəcəyik. Qeyd etmək gərəkdir ki, konseptin təqdimatı qeyri-adi üslubda keçirilibdir. 

Konsept Boeing 777F təyyarəsinin göyərtəsində dörd şəhərə baş çəkib. İlkin olaraq konsept Münhündə, sonra isə Nyu-York və San Fransiskoda nümayiş etdirilib. Konseptin baş çəkdiyi sonuncu şəhər Pekin olub. İş orasındadır ki, avtomobili təyyarədən çıxarmayıblar – tədbir elə aeropotun ərazisində keçirilib.

Hər bir hava limanında qonaqların qarşılanmasına hazırlıq səkkiz saat çəkib. Təqdimatın bitməsindən dörd saat sonra isə təyyarə havaya qalxraq növbəti şəhərə üz tutub. Vision iNEXT modelinin dizaynı üzərində iranlı Nader Facizadə çalışıb. Nader uzun müddətdir ki alman konsernində çalışır və altıncı və yeddinci seriyadan olan avtomobillərin dizaynı üzərində çalışıb.  

Konseptin xarici görkəmi gələcək BMW modellərinin fənərlərinin nazik formaya malik olacağından xəbər verir. Radiator barmaqlığına gəldikdə isə, onalrın ölçüsü ciddə şəkildə dəyişəcək, “burunlar” isə birləşəcəkdirlər. Konseptin əsas cəhətlərindən biri də 24-düymlük təkər diskləridir.

Əlbəttə ki, Vision iNEXT konsepti pilotsuz elektromobildir. Bu səbəbdən də radiator barmaqlığının yerində avtopilotun fəaliyyətini təmin edən çoxsaylı verici və sensorlar yerləşir. Lakin, təəssüflər olsun ki, istehsalçı konseptin texniki hissəsi barədə məlumat verməkdən imtina edib.

Alman konserninin rəhbəri Harald Kryüger avtopilotun peyda olmasına baxmayaraq BMW modelləri sürücülərə ünvanlanmış avtomobil xarakterini qoruyub-saxlayacaqdır. Yəni, “idarəetmədən həzz almağın” yeni erası başlanacaqdır. Bu səbəbdən də konseptin salonunda Boost hərəkət rejimində aktivləşən sükan və pedallar qorunub-saxlanıbdır.

Pilotsuz Ease rejiminə keçdikdə isə sükan çarxı ön panelə dörğu hərəkət edir, displeylərdən isə bütün sürücü məlumatı yoxa çıxır və oturacaqlar daha rahat formaya malik olur. Məlum məsələdir ki, konseptin daima onlayn rejimində olduğu şübhəsizdir. İstehsalçı avtomobili qadjetlər və ağıllı evlə dərin şəkildə inteqrasiya ediləcəyinə söz verir.

Diqqət yetirsəniz avtomobilin salonunda displeylərin sayının az olduğunu görə bilərsiniz.Əslində əlavə sensorlu panel iri formalı mərkəzi dirsəkaltına quraşdırılbdır. Nazik işıqdiodları ilə təchiz edilmiş panel görüntünü proyeksiya edərək və barmağın hərəkət xəttini işıqlandırır.

BMW şirkəti iNEXT modelinin 2021-ci ildə satışa çıxarılacağını bildirib. Avtomobilin istehsalı Almaniyanın Dinqolfinge şəhərindəki zavodda təşkil ediləcəkdir. Seriya avtomobilinin markanın texnoloji bayraqdarı olacağı da bildirilibdir.

Məlum olan yeganə fakt iNEXT modelinin yeni modul platformasında inşa edilən elektromobil olacağıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt