Tobias Zyülmann Aston Martin şirkətinə keçib

Marek Rayhmanın başçılıq etdiyi dizaynerlər komandasında dəyişiklik olub. MotorAuthority resursunun verdiyi məlumata əsasən Aston Martin markasının eksteryer üzrə baş dizayneri Mayls Nyürnberqer naməlum səbəblərdən tutduğu vəzifədən istefa edib.

Onun yerinə “Volkswagen markasının veteranı” adlandırılan Tobias Zyülmann təyin edilib. Maraqlıdır ki, Zyülmann 2017-ci ildə Bugatti’dən Genesis’ə keçən Saşa Selipanovu əvəz etmişdir. Almaniyalı mütəxəssisin 38 yaşı var. O, məşhur Pfortzhaym universitetinin məzunudur. Tobiasın ilk iş yeri Volkswagen şirkətinin Potsdamdakı dizayn mərkəzi olub. Zyülmann alman şirkətində 10 ildə çoxdur ki çalışırdı.

Alman mütəxəssis  Volkswagen Golf GTI Sport, Sport Coupe GTE və T-Prime Concept GTE konseptlər üzərində də çalışıb. Məlum məsələdir ki, DBS Superleggera və çoxdan gözlənilən Aston Martin Varekai krossoveri alman mütəxəssisin iştirakı olmadan hazırlanıbdırlar. Çox güman ki, Zyülmann əsas vəzifəsi Lagonda brendinin inkişafı üzərində işləmək olacaqdır. Lakin, Tobiasın yeni vəzifəyə təyinatı rəsmi təsdiqini tapmayıb.

Tobias Zyülmann Volkswagen Arteon və yeni nəsil Touareg modellərinin eksteryerinə cavabdeh olub.

ДРУГИЕ СТАТЬИ