Peugeot şirkətinin oktyabr ayında qapılarını ziyarətçilərin üçünə açacaq Paris avtosalonunda yeni konsept nümayiş etdirəcəyini yazmışdır. Bu gün fransız markası konsept üzərindəki sir pərdəsini götürüb.

Yeni konsept e-Legend adlanır və 1969-cu ildə buraxılan əfsanəvi Peugeot 504 Coupe modelinin müasir təfsiridir desək yanılmarıq. Qeyd etməliyik ki, vaxtı ilə 504 indeksli kupe nəinki Peugeot markasının, hətta o zamankı avtomobil sənayesinin buraxdığı ən gözəl kupelərdən biri sayılırdı. Konsept barədə də bunu söyləmək olar. Həqiqətən də çox gözəldir …

Konsept tamamilə Pininfarina atelyesinin İtaliyadakı müəssisəsində yığılıbdır. Peugeot markasının Soşodakı zavodunda isə, yalnız son ştrixlər atılıbdır: qatar ilə gətirilmiş avtomobil mühərrik, transmissiya və asqısı ilə Fransada qovuşub. Peugeot e-Legend konseptində əfsanəvi 504 Coupe modelinə xas olan kuzov proporsiyaları, damın xarakterik dayaqları və qurşaq xəttinin formaları o dəqiqə tanınır. 

Prototipin işıq texnikası da eyni üslubdadır – yeganə fərq onların diodlardan hazırlanmasıdır. Bu günlərdə qeyri-adi sayılan loqotiplər də altmışıncı illərin Peugeot’larında olduğu kimidir. Konseptin interyeri o illərin dəbinə uyğun olaraq mavi velyur və ağac ilə tərtib edilibdir. Lakin, panelin əvəzinə 49 düymlük diaqonala malik olan bütöv display quraşdırılıbdır.

Displeyin əks etdirdiyi məlumat hərəkət rejimindən asılı olaraq dəyişir: Legend mode standart variantdır, Boost-mode rejimində idman xarakteri önə çıxır. Bundan başqa, pilotsuz rejim də mövcuddur ki, bu rejim aktivləşən zaman şturval və kiçik ekran ön panelin daxilində “gizlənir”.

Eyni zamanda, qapıların panellərinin yuxarı hissəsi 29-düymlük displeylər ilə əvəz edilibdir. Digər 12-düymlük ekranlar isə günəş əleyhinə vizorlara quraşdırılıblar. Ümumilikdə, e-Legend prototipinin salonunda 16 displey vardır.

Peugeot e-Legend 456 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən iki elektromotorla hərəkətə gələn tamçəkişli avtomobildir. 100 kilovat-saatlıq litiom-ion batareyaları kupeyə 595 kilometr qət etməyə imkan verir. 

Yeyin yükləmə terminalında 25 dəqiqə ərzində, konseptin batareyasını 500 kilometrlik yürüş ehtiyatını təmin edəcək enerji ilə doldurmaq olar.  Kupe 100 km/saat həddini dörd saniyədən az bir müddətə toplayır və 225 km/saata qədər sürətlənir.

Konseptin gələcək taleyi hələlik naməlum olaraq qalır. Lakin, konseptin Peugeot 407 Coupe modelinin 2012-ci ildə bu günə qədər boş qalan yerini doldurmaq şansı vardır. Buna fransız markasının rəhbəri Jan-Filipp İmparatonun sözləri ümid verir. O, konsept üzərindəki çalışmaların iki il davam etdiyini bildirib. Adi konseptin yaradılması və hazırlanması üçün uzun zamandır…

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt