Gələcəkdə Hyundai avtomobillərində virtual sərnişin olacaqdır

Hyundai şirkətinin vitse-prezidenti Iysan Çonq "Bloomberg" agentliyinə istehsalçı üçün vacib olan texnologiyalardan danışıb. Şirkət əsasən pilotsuz texnologiyaların təkmilləşdirilməsi üzərində çalışır və holoqram sahəsində lider olmaq arzusundadır.

Çonqun bildirdiyinə görə, Hyundai avtomobillərində tətbiq ediləcək virtual yardımçı sürücünün həyat yoldaşına və yaxud katibəsinə bənzəyə bilər. Hazırda şirkət holoqramı təkcə cihazlar panelinə deyil, həmçinin sərnişin oturacağına proyeksiya etmək üçün texnologiyalar üzərində çalışır.

Çonqun bildirdiyinə görə elə təsəvvür yaranacaqdır ki, sanki sərnişin oturacağında  başqa insan oturubdur. Gələcəkdə bu texnologiya seriyaya gedə bilər, lakin bunun nə zaman baş verəcəyi məlum deyildir. Çonq hazırda diqqəti digər yeni texnologiyalara yönəltməyin vacib olduğunu bildirib. 

Bunlara proqram təminatı və süni intellekt daxildir. Hazırda Hyundai şirkəti Rod-Aylenddəki dizayn məktəbi ilə əməkdaşlıq edir. Əməkdaşlığın əsas istiqaməti, alimlər tərəfindən həşəratlar haqqında toplanmış məlumatların pilotsuz texnologiyalarda tətbiqi imkanlarını araşdırmaqdır.

“Biz həşəratların uçuş aerodinamikasını və quruluşlarını öyrənirik, - Çonq söyəlib. – Bizim üçün onların dərisi, antenna və oynaqları maraq kəsb edir. Məsələn, hörümçəyin səkkiz gözü var, amma avtonom nəqliyyat vasitələrinə 10 məsafəölçən və radar kifayət etmir. Öyrənməli çox şey vardır”.

ДРУГИЕ СТАТЬИ