BMW şirkəti yeni nəsil 3-Series modelinin ən güclü modifikasiyası olam M340i variantını nümayiş etdirib. Üçüncü seriyanın ən "qaynar" modifikasiyası, gücü 360 at qüvvəsi olacağı ehtimal edilən, 3,0-litrlik altı silindrli mühərrik ilə təklif ediləcəkdir. İlkin məlumata görə, model Parisdə debüt etməlidir.

Məlumdur ki, yeni sedanın kamuflyaja bürünmüş prototipləri hazırda Nürburqrinqin «Şimal ilgəyində» sınaqlardan keçir. Mütəxəssislər modelin asqısının, sükan mexanizminin və əyləc sisteminin tənzimləmələrini optimallaşdırmaqla məşğuldurlar. «Yaşıl cəhənnəmdə» keçirilən sınaqlar yeni model üçün xüsusi olaraq tərtib edilmiş intensiv sınaqlar proqramının bir həssidir. Yeni 3-Seriya sələfinə nisbətən 55 kiloqram yüngül olacaqdır. Bundan başqa, sedanın ağırlıq mərkəzi 10 millimetr aşağı düşəcəkdir.

Çəkinin oxlar arasında bölünməsi nisbəti isə ideal şəkildə olacaqdır - 50:50. Eyni zamanda avtomobilin təkər izi genişlənəcək, təkərlərin maillik bucağı isə artacaqdır.

BMW 3-Series modelinin növbəti nəsli yenidən işlənmiş «turbodördlük» və səkkiz diapazonlu Steptronic avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. İstehsalçının məlumatlarına görə, bu alman markasının seriya avtomobillərinə quraşdırılan ən güclü dörd silindrli mühərrik olacaqdır.

Üstəlik, mühərrik əvvəlkinə nisbətən beş faiz qənaətcil olmalıdır.  Yeni model tənizmlənən amortizatorlara, M Sport versiyasında isə hündürlüyü 10 millimter azaldılmış asqıya, 18-düymlük təkər disklərinə, dəyişən ötürmə əmsallı sükan mexanizminə və M Sport differensalına malik olacaqdır.