General Motors konserninin sabiq vitse-prezidenti Bob Lutz yenidən İlon Maska sataşıb. CNBC kanalına verdiyi müsahibədə top-menecer Tesla şirkətinin “qəbristanlığa doğru hərəkət edən şirkət” adlandırıb. Lutz İlon Maskı “yaxşı oğlan” hesab etsə də, sonuncunun şirkəti necə idarə etməkdən xəbəri olmadığını iddia edir.

“O, yüksək xərclər ucbatından Model 3 modelindən pul qazana bilməyəcək, - Lutz bəyan edib. Yığma prosesində 9000 insan çalışır, konveyerdən isə 150 mindən az avtomobil çıxır. Şirkət sadəcə qəbristanlığa doğru gedir”. Üstəlik, Lutz zarahafla bir-iki ildən sonra “Kim Teslanı öldürdü?” adlı konspiroloji filmin buraxılacağını və baş rolun Leonardo DiKaprionun ifa edəcəyini də bildirib. 

Bob Lutzun şərhi Audi e-tron modelinin təqdimatından və ABŞ-ın Ədliyyə nazirliyinin Mask barədə tədqiqata başlaması barədə xəbərdən bir neçə gün sonra peyda olub.

Ədliyyə nazirliyi İlon Maskı qiymətli kağızlar bazarında dələduzluqda və Tesla Model 3 elektrokarının istehsalı ilə əlaqədar fırıldaqlarda şübhəli sayır.

Lakin, Lutz Tesla şirkətinin başlıca probleminin iri istehsalçılar tərəfindən rəqabətin güclənməsi olduğunu hesab edir. Onlar elektrokarları ziyanla da sata bilərlər, çünki belə şirkətlərin əsas gəlirini daxili yanacaq mühərrikləri ilə təchiz edilən modellər formalaşdırır.

Ümumiyyətlə, Bob Lutz Tesla markasının qatı əleyhdarıdır. Keçən ilin noyabrında Lutz şirkətin 2019-cu ilə çıxmayacağını bildirmişdi. O, istehsalçının pulları sürətlə “yandırdığını”, yeni məhsulların isə əlavə maliyyə resurslarını cəlb etmək cəhdinin olduğunu bilduirmişdir.