Bu günlərdə yeni avtomobillərin ovuna çıxan fotocəsuslar BMW 8-Series kabrioletinə rast gəliblər. Yeni açıq kuzovlu avtomobil fotəcəsuslara cüzi kamuflyajla rast gəlib. Xatırladaq ki, bir müddət bundan öncə istehsalçı yeni kabrioletin sınaqları barədə xəbər vermişdir.

İlkin məlumata görə, səkkiznci seriyadan olan kabriolet 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki və səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Bənzər aqreqata malik olan kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir.

Kabrioletin standart təchizatına aktiv arxa differensial və M Sport əyləc sistemi də daxil ola bilər. Alman şirkəti səkkizinci seriyadan olan kabriolet ilə yanaşı «bərkgedən» BMW M8 və BMW 8-Series Gran Coupe modelini də buraxmaq niyyətindədir. Xatırladaq ki, yeni 8-Series kupesi yayın əvvəlində debüt edib.