Skoda şirkəti ikiyanacaqlı güc aqreqatı olan yenilənmiş Octavia modelini nümayiş etdirib. Sıxılmış təbii qazla çalışan G-TEC adlandırılmış modifikasiya yeni turbomühərrikə, üm qaz balonuna və bir benzin çəninə sahib olub. Əvvəlki versiyadan fərqli olaraq Skoda Octavia G-TEC yalnız universal kuzovu ilə təklif edilir.

Avtomobil əvvəliki 1,4-litrlik TSI mühərrikinin əvəzinə yeni 1,5-litrlik TSI aqreqatı ilə təchiz edilib. Yeni mühərrikin hasilatı əvvəlkinə nisbətən 20 at qüvvəsi çoxdur və 130 at qüvvəsi təşkil edir.

Millerin termodinamik dövrünü istifadə edən mühərrik, yüksək yanacaq qənaətcilliyinə və zərərli tullantıların aşağı səviyyəsinə malikdir. CNG-rejimdə karbondioksidi tullantılarının səviyyəsi benzin mühərriklərinə nisbətən 25% azdır. Təbii qaz üçün nəzərdə tutulmuş balonları ümumi həcmi 17,7 kiloqramdır. Balonların biri poladdan, digər ikisi isə kompizit materiallardan hazırlanır. Poladdan hazırlanmış balon  arxa oxun önündə, kompozit materiallardan hazırlanmış  yüngülləşdirilmiş balonlar isə baqaj bölümünün döşəməsinin altında yerləşdirilib.  

Benzin üçün nəzərdə tutulmuş çənin həcmi 11,8 litrlidir. Qazdan istifadə etməklə Octavia G-TEC 480 kilometr qət edir. Universalın ümumi yürüş ehtiyatı açıqlanmayıb. Əvvəlki avtomobilin ümumi yürüşü 1330 kilometr təşkil edirdi.

Image alt Image alt Image alt Image alt Image alt