Ram şirkəti 1500 Rebel ofrouderinin xüsusi lyuks versiyasını təqdim edib. İlk dəfəf olaraq, istehsalçı bu model üçün dəri oturacaqları və premium səs sistemini təklif edir.

Ram 1500 Rebel 12 modeli asqının lift-dəsti, elektron qapanması olan arxa differensial, Bilstein amortizatorları, 33-düymlük yolsuzluq şinləri, mühərrikin və paylayıcı qutunun müdafiəsi, həmçinin qoşqu qarmaqları ilə təchiz edilir. Pikap 309 at qüvvəsi və 365 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 mühərrikinin bazasında yaradılmış “yumşaq” hibrid güc qurğusu ilə hərəkətə gəlir.

Güc aqreqatı yalnız səkkiz pilləli avtomatik qutu ilə tandemdə çalışır. Dəbdəbəli Rebel 12 modelinin təchizatına 12-düymlük displeyi və naviqasiya sistemi olan Uconnect 4C multimedia sistemi, qızdırılan oturacaqlar, 19 dinamikli Harman Kardon səs sistemi və aktiv səsboğucu sistem daxildir. Ram 1500 Rebel 12 modelinin ABŞ-dakı satış qiyməti 46990 dollar təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt