Siverstone hərrac evi satışlara Audi Quattro seriyaöncəsi prototipini çıxarıb. Sağ tərəfdə sükanı olan avtomobillərdən cəmi 12 ədəd buraxılıbdır. Onlardan ikisinin bizim günlərə gəlib çıxdığı məlumdur. Unikal avtomobilin ilkin qiyməti 50-60 min funt-sterlinqdir.

Audi Quattro modeli Dünya rallisinin ən güclü “Qrup 4” sinifində içıxış edən avtomobilin omoloqasiyası üçün buraxılmışdır. O zaman, Audi şirkəti bu modelin seriya istehsalı barədə belə düşünmürdü.  Sağ tərəfdə sükanı olan modelin hazırlanmasına Böyük Britaniyada kupeyə olan yüksək tələbat təkan vermişdir.

Prototiplər seriya modellərindən C seriyasından olan şassisi, dörd fənəri, başqa asqı və əyləcləri ilə fərqlənirdi. Avtomobilin kapotunun altında 2,1-litrlik beş silindrli turbomühərrik yerləşirdi. Beş pilləli mexaniki qutu ilə çalışan mühərrikin hasilatı 200 at qüvvəsi və 285 Nm təşkil edirdi. Tamçəkişli kupe 100 km/saat sürətini 7,1 saniyəyə toplayırdı.

Audi Quattro modelinin Avropadakı satışlarına 1980-ci ildə başlanmışdır. Bu model öndə yerləşən mühərrikin, tam çəkiş sisteminin və turbomühərrikin birləşməsini təklif edən ilk avtomobil olub. 1980-1991-ci illərdə 11452 ədəd Audi Quattro modeli buraxılıbdır.

Image alt Image alt Image alt Image alt Image alt