Yeni nəsil Mercedes-Benz G-Class modelinin istehsalına start verilib

Mercedes-Benz şirkəti yeni nəsil G-Class ofrouderinin istehsalına start verib. Yeni ofrouder əvvəlki kimi Magna –Steyr şirkətinin Avstriyanın Qraz şəhərindəki müəssində buraxılacaqdır. Yeni ofrouderlə birlikdə W461 seriyasından olan əvvəlki nəsil ofrouderlərin isteshalı da davam etdiriləcəkdir.

Yeni nəsil Mercedes-Benz G-Class modeli bu ilin yanvarında Detroyt avtosalonunda debüt edib.  Avtomobil rama konstruksiyasını qoruyub-saxlasa da alüminiumdan hazırlanmış kuzov elementlərinə və müstəqil ön asqıya sahib olubdur.

Yeni ofrouder sələfindən 170 kiloqram yüngüldür. İkinci nəsil G-Class modeli 2,4 ton çəkiyə malikdir.  Yeni Mercedes-Benz G-Class 422 at qüvvəsi və 610 Nm fasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilir.

Güc aqreqatı 9-pilləli 9G Tronic avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Mərkəzi mexaniki differensial mühərrikin fırlanma anını oxlar arasında 40:60 nisbətində bölür. Mərkəzi differensialın qapanmasına məcburi birləşməsi olan elektron mufta cavabdehdir.

Üstəlik, ön oxa anı ötürən val artıq avtomatik qutunun sol tərəfində yerləşdirilib. Pasport göstəricilərinə inansaq, yeni ofroderin yolsuzluqdakı imkanları daha güclənibdir. Ofroderin döşəməsinin altındakı klirens 6 millimetr artaraq 241 millimetrə bərabər olub. Ön oxun altındakı məısafə isə 270 millimetrdir.

Qət edilən çay keçidinin dərinlkiyi 70 santimetrə qədər artıb. Avtomobilin giriş və çıxış bucaqları 21 və 30 dərəcə, rampanın bucağı isə 26 dərəcəyə qədər yüksəlib.

ДРУГИЕ СТАТЬИ