Volkswagen şirkətinin ilk elektromobili I.D. konseptinə bənzəyəcək

Volkswagen şirkətinin şef dizayneri Klaus Bişoff elektrik I.D. hetçbekinin seriya variantının 2016-cı ildə təqdim edilmiş konseptə bənzər olacağını bildirib. Eyni zamanda, bu model markanın elektromobil kimi yaradılan və inşa edilən ilk avtomobili olacaqdır. Bu barədə xəbəri "Autocar" nəşri yayıb.

Bişoffun spzlərinə görə, avtomobillərin qabaritləri, dizayn üslubları və hətta təkər disklərinin ölçüsü də eyni olacaqdır. Ümumilikdə, seriya hetçbeki konseptə oxşayacaqdır, lakin o yan güzgüləri əvəzləyən kameralardan və elektrik ötürməli qapı dəstəklərindən məhrum olacaqdır. Bu elementlərdən qanunla nəzərdə tutulan məhdudiyyətlər və bahalıq ucbatından imtina edilib. Alman istehsalçısının mütəxəssisləri artıq ilk I.D. prototiplərinin ümumi yollardakı sınaqlarına başlayıblar. 

Bu prototiplərdən sentyabr ayında başlanacaq modelin "intensiv sınaq fazasında" da istifadə edəcəkdirlər.

İlk seriya elektrokarları gələn ilin noyabrında konveyerdən çıxmalıdırlar. Elektromobillərin Böyük Britaniyadakı satışlarına 2020-ci ildə başlanacaqdır. Alman istehsalçısının rəhbəri Herbert Diss I.D. hetçbekinin qiymətinin dizel modelləri ilə bənzər olacağını bildirib.

ДРУГИЕ СТАТЬИ