Mercedes-Benz 230 SL Pagoda modeli alman markasının bu günə kimi istehsal etdiyi avtomobillər arasında ən cəlbedici dizayna malik olan modellərdən biridir. Hər kəsin heyranlıqla arzuladığı Pagoda avtomobillərindən birinin xoşbəxt sahibi onun interyerini yenidən yığdırmaq qərarına gəlib.

Modelin sahibi ən doğru ünvana – interyerlərin yaxşılaşdırılması ilə məşhurlaşmış Carlex Design atelyesinə müraciət edib.

Bu atelyenin mütəxəssislərinin müdaxiləsindən sonra klassik avtomobil hər kəsi heyran edəcək bir interyerə sahib olubdur. Atelye mütəxəssisləri avtomobilin interyerini iki rəngdə olan dəri ilə üzləməyə qərar veriblər. Özü də avtomobilin salonunda dəri ilə örtülməyən məkan demək olar ki qalmayıbdır:  oturacaqlar, ön panel,  mərkəzi konsol, qapı panelləri qəhvəyi dərinin müxtəlif çalarları ilə örtülübdür. İnteryerdəki tikişlər belə retro-üslubda edilibdir. Carlex Design mütəxəssisləri qapılardakı cibləri kəmərləri olan kiçik çantalarla əvəz ediblər. Ən maraqlısı odur ki, salondakı ayaqaltılar da dəridən hazırlanmışdır.

Əlbəttə ki, atelye mütəxəssisləri sifarişçi üçün piknik dəsti və sandıqcadan ibarət maraqlı bonuslar da hazırlamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt