Alman istehsalçısı BMW 3-Series sedanın yeddinci nəslinin debüt edəcəyi tarixi rəsmi olaraq açıqlayıb. Yeni sedan 2 oktyabr tarixində Parisdə qapılarını media nümayəndələrinin üzünə açacaq avtosalonda debüt edəcəkdir.

Yeni 3-Seriya sələfinə nisbətən 55 kiloqram yüngül olacaqdır. Bundan başqa, sedanın ağırlıq mərkəzi 10 millimetr aşağı düşəcəkdir. Çəkinin oxlar arasında bölünməsi nisbəti isə ideal şəkildə olacaqdır - 50:50. Eyni zamanda avtomobilin təkər izi genişlənəcək, təkərlərin maillik bucağı isə artacaqdır.

BMW 3-Series modelinin növbəti nəsli yenidən işlənmiş «turbodördlük» və səkkiz diapazonlu Steptronic avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir.

İstehsalçının məlumatlarına görə, bu alman markasının seriya avtomobillərinə quraşdırılan ən güclü dörd silindrli mühərrik olacaqdır.

Üstəlik, mühərrik əvvəlkinə nisbətən beş faiz qənaətcil olmalıdır.  Yeni model tənizmlənən amortizatorlara, M Sport versiyasında isə hündürlüyü 10 millimter azaldılmış asqıya, 18-düymlük təkər disklərinə, dəyişən ötürmə əmsallı sükan mexanizminə və M Sport differensalına malik olacaqdır.