Ceyms Bondun avtomobili satılır

Bonhams hərrac evi Qudvudda keçiriləcək sürət festivalı çərçivəsində əfsanəvi klassik britaniya sportkarı olan 1965-ci ilin Aston Martin DB5 modelini satışa çıxaracaqdır.

Avtomobilin unikallığı ondan ibarətdir ki, Ceyms Bond haqqında olan «Qızıl göz» filmində Pirs Brosnan onu idarə edib. Avtomobilin təxmini satış qiymətinin 1,2 - 1,6 milyon funt-sterlinq olacağı ehtimal edilir.

Satışa çıxarılan avtomobili hazırki sahibi 2001-ci ildə satın alıb. Bu sportkar satılmış atomobillər arasında Ceyms Bond haqqında filmlərin tarixindəki ən qiymətli obyekt olub. Məhz bu avtomobil İngiltərənin Milli avtomobil muzeyində və London kino muzeyində keçirilmiş «Bond hərəkət zamanı» sərgisində nümayiş etdirilib.

«DB5 dünyada ən çox tanınan və arzulanan klassik britaniya avtomobilidir, - Bonhams hərrac evinin nəqliyyat departamentinin direktoru Şolto Gilbertson bildirib. - Hər bir pərəstişkar filmdə olan həyəcanlı təqib səhnəsini xatırlayır. Məhz bu səbəbdən də Aston Martin xüsusidir».

Aston Martin DB5 modeli 1963 - 1965-ci illər arasında istehsal edilib. Cəmi 1059 ədəd DB5 modeli buraxılmışdır. Sportkar kupe, rodster və şutinq-breyk kuzovu ilə təklif edilib. DB5 286 at qüvvəsi və 390 Nm fırlanma anı hasil edən 4,0-litrlik sıralı altı silindrli mühərriklə təchiz edilmişdir. Güc aqreqatı beş pilləli mexaniki və ya üç diapazonlu avtomatik qutu ilə tandemdə çalışıb. 

Yerindən 60 mil/saat həddinə avtomobil səkkiz saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 230 km/saat təşkil edir.

ДРУГИЕ СТАТЬИ