Bir neçə gün bundan öncə Audi şirkətinin Paris avtosalonunda yeni sportkar təqdim edəcəyi barədə məlumat vermişdir. Dünən alman istehsalçısı yenidən bu mövzuya toxunub. İstehsalçı özünün Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yeni modelin videotizerini yayıb.

Videotizerdə əks etdirilən avtomobilin sportkar olduğu şübhə doğurmur. Böyük ehtimalla, bu Audi R8 modelinin yenilənmiş variantı və yaxud trek üçün nəzərdə tutulan hardkor modifikasiyası da ola bilər. Hər halda, videoçarxa baxdıqdan sonra ön fikirlərinizi bizimlə Facebook sosial şəbəkəsindəki səhifəmizdə bölüşə bilərsiniz...