Subaru WRX və WRX STI yenillənib, həmçinin Series Gray variantına sahib olub

Subaru şirkəti yenilənmiş WRX və WRX STI sedanlarını təqdim edib. Hər iki avtomobil xüsusi Series Gray modifikasiyasına sahib olub və məhdud sayda tirajla buraxılacaqdırlar. Üstəlik, Subaru WRX STI modeli ilə daha güclü mühərrikə sahib olub.

Subaru WRX STI sedanı əvvəlki kimi 2,5-litrlik turbomühərrik ilə təchiz edilir. Bu mühərrik yeni porşenlərə, yenidən proqramlanmış idarəetmə elektronikasına, həmçinin yeni giriş və buraxılış sisteminə sahib olub.

Edilmiş yeniliklər sayəsində mühərrikin gücü 300-dən 310 at qüvvəsinə qədər artırılıb. Eyni güc avtomobilin yüngülləşdirilmiş variantı olan və 500 nüsxəlik tirajla buraxılmış Type RA modifikasiyasına da məxsus idi. Bundan başqa, avtomobilin sürətlənməsinin yaxşılaşdırmaq üçün WRX STI modelinin üçüncü pilləsinin ötürmə əmsalı da dəyişdirilib.

Subaru WRX sedanı üçün nəzərdə tutulan dəyişikliklər cüzi xarakter daşıyır. Bu model 6,5 düymlük sensorlu ekranı olan, internet-radionu, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sisteminə sahib olub.

Subaru WRX Series Gray modifikasiyası mexaniki qutu ilə təchiz ediləcək və 750 ədədlik tirajla buraxılacaqdır. Avtomobil kuzovun xüsusi boz rənginə və 18-düymlük təkər disklərinə sahib olacaqdır. Subaru WRX STI Series Gray modeli 19-düymlük təkər disklərinə, gümüşü rəngli Brembo əyləc supportlarına, elektriklə tənzimlənən Recaro oturacaqlarına və genişləndirilmiş təchizat siyahısına malik olacaqdır.

Bu sedanların tirajı 250 nüsxədən ibarət olacaqdır. Yenilənmiş avtomobillər amerika bazarı üçün nəzərdə tutulub. Adi WRX  sedanı 27100, Series Gray modifikasiyası isə 32500 dollardan başlayan qiymətlər ilə satılır.

WRX STI modeli 36500, WRX STI Series Gray isə 39700 dollara başa gələcəkdir.

ДРУГИЕ СТАТЬИ