"AvtoVAZ" yeni ofrouderlə bərabər Lada 4x4 modelini də buraxacaqdır

"AvtoVAZ" şirkəti yaxın bir neçə il ərzində yeni ofrouder buraxmaq niyyətindədir. Bununla belə, rus istehsalçısı cari Lada 4x4 modelinin istehsalını da davam etdirəcəyini bildirib. Bu barədə "TASS" məumat agentliyinə rus şirkətinin rəhbəri Nikolya Mor məlumat verib.

"Faktiki olaraq yeni ofrouder hazırki Lada 4x4 modelini tamamlayacaqdır. Biz bir müddət bundan öncə Lada 4x4 modelinin 40-illik yubileyini qeyd etdik və ümid edirəm ki, onun 50-illiyinə də görəcəyik. Cari model yaxşı yolsuzluq xarakteristikalarına malik olduğu üçün bir sıra bazarlarda uğurla satılır.

Çox güman ki, onu yeni avtomobil ilə paralel buraxacağıq", - Mor bəyan edib.

Yüksək vəzifəlinin bildirdiyinə görə, yeni ofrouder 2021-2022-ci illərdə işıq üzü görməlidir.

Bir müddət bundan öncə, Nikolya Mor Lada 4x4 ofrouderinin növbəti nəslinin Renault-Nissan ittifaqının platformasında inşa ediləcəyini bildirmişdir. Yeni ofrouder CMF-B LS adlı modul platformasını əldə edəcəkdir. Bu platforma məşhur B0 arxitekturasının inkişaf etdirilmiş müasir variantıdır.

Artıq bu platforma müasir elektronika və avadanlığın quraşdırılması üçün adaptasiya edilibdir. LS variantı isə Low Specifications mənasına gəlir ki, bu da büdcə avtomobilləri üçün nəzərdə tutulan “sadələşdirilmiş spesifikasiya” deməkdir. Sonradan bu şasiidə növbəti nəsil Logan və Duster modelləri inşa ediləcəkdir.

ДРУГИЕ СТАТЬИ