Nissan Asiya bazarında satılacaq Terra modelini təqdim edib

Nissan şirkəti Cənubi-Şərqi Asiya regionu üçün nəzərdə tutulmuş Terra ramalı ofrouderinin modifikasiyasını təqdim edib. Çin bazarında satılan modeldən fərqli olaraq, bu modifikasiya dizel mühərrik və oturacaqların üçüncü cərgəsi ilə təchiz edilir.

Məlum olduğu kimi, Nissan Terra ofrouderi Navarra pikapının platformasında inşa edilib. Ofrouderin qabarit uzunluğu 4885 millimetr, eni – 1865 millimetr, hündürlüyü isə 1835 millimetrdir.

Beləliklə Terra modelinin “asiya” modifikasiyası çində satılan ofrouderdən 3 millimetr uzun və 15 millimetr enlidir. Avtomobilin klirensi 225 millimetrə bərabərdir.

Ofrouder Navarra modelindən tanış olan 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,5-litrlik dizel mühərriki ilə təchiz edilir. Mühərrik altı pilləli mexaniki və ya yeddi diapazonlu avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır.  

Bundan başqa, Nissan Terra qoşulan tam çəkiş sistemi, qapanan arxa differensial, transmissiyanın azaltma cərgəsi, həmçinin öndə disk, arxada isə baraban tipli əyləc mexanizmləri ilə təchiz edilir.

Nissan Terra modelinin təchizatına oturacaqların dəri ilə üzlənməsi, Apple CarPlay və Bluetooth funksiyalarını dəstəkləyən multimedia sistemi, sürücü oturacağının səkkiz istiqamətdə elektron tənzimlənməsi, dairəvi görüntü kameraları və işıqdiodlarından ön fənərlər daxildir.

Asiya bazarı üçün nəzərdə tutlmuş avtomobillər Tailandda istehsal ediləcəkdirlər.  

ДРУГИЕ СТАТЬИ