Audi şirkəti Paris avtosalonunda yığcam Q2 krossoverinin "qaynar" variantı olan Audi SQ2 modelini təqdim edib. Xatırladaq ki, bir neçə gün bundan öncə "qaynar" krossover ilk fotoşəkli peyda olmuşdur.

“Qaynar” crossover Audi S3 modelindən tanış olan 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilir. Güc aqreqatının hasilatı 296 at qüvvəsi və 400 Nm təşkil edir. Yeddi pilləli S Tronic “robotu” və quattro sistemi ilə tandemdə çalışan güc aqreqatı SQ2 modelinin 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənməsini təmin edir.

Krossoverin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.  “Qaynar” krossover 20 millimetr  azaldılmış klirensə, öndə 340, arxada 310 millimetrlik əyləc mexanizmlərinə və işıqdiodlarından fənərlər sahibdir. İstehsalçı bu günə qədər avtomobil haqqında geniş məlumat verməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt