Audi e-tron virtual güzgülərə sahib olacaq

Elektrik Audi e-tron krossoverini «virtual» yan güzgülər ilə təchiz edəcəkdirlər. Kameraları, belə avadanlığın istifadəsinə qanunvericilik ilə icazə verilmiş ölkələrdə opsiya şəklində təklif edəcəkdirlər.

Kiçik ölçüləri sayəsində onlar hərəkəti zamanı avtomobilin aerodinamik müqavimətini və səs-küy səviyyəsini azaldır. Kameralardan alınan görüntü qapı və ön panelin arasında yerləşən OLED displeylərə ötürələcəkdir. Məlumatın əks etdirilməsinin üç rejimi nəzərdə tutulubdur: şosse, dönmə və parklanma. Rejimləri MMI interfeysinin köməyi ilə dəyişmək olar.

Audi e-tron modelinin daha bir xüsusiyyəti adaptiv asqı sistemi olacaqdır ki, 120 km/saat həddindən sonra sistem avtomobilin kuzovunu 26 millimetr aşağı salacaqdır. Krossover həmçinin tam bağlanmış rəvan altlığa və iki çəpərciyi olan aktiv hava girişinə sahib olacaqdır. Onlar hava axınını elektrik güc qurğusunun və əyləc mexanizmlərini soyudulmasına yönəldəcəkdirlər. 

Modelin 19-düymlük təkər diskləri və şinləri də aerodinamik xarakteristikaların yaxşılaşdırılması üçün hazırlanmışdır. Bunların sayəsində avtomobilin aerodinamik müqavimət əmsalı 0,28, yürüş məsafəsi isə WLTP metoduna əsasən 400 kilometrə  bərabərdir. Bununla belə, Audi e-tron haqqında ətraflı məlumat verilməyib. Yeganə məlum olan elektromobilin 95 kilovat-saatlıq litium-ion batareyalarına sahib olması və 150-kilovatlıq yükləmə stansiyalarına qoşulmasıdır.

Audi e-tron modelinin seriya variantını bu ilin yayında Brüsseldə nümayiş etdirəcəkdirlər. Onun qiyməti 80 min avrodan başlayacaqdır.

ДРУГИЕ СТАТЬИ