Səudiyyəli rəssam Pagani Zonda superkarını boyayıb

Turinin dərinin emalı ilə ixtisaslaşmış Foglizzo fabrikası Pagani Zonda art-karını təqdim edib. Superkarın kuzovu səudiyyəli rəssam Şalimar Şərbətli tərəfindən əllə boyanıb və Forglizzo müştəriləri üçün əlçatan olan geniş rəng çeşidini nümayiş etdirir.

Kuzovun hər bir hissəsi üçün müxtəlif rənglərdən istifadə edib. Ön tərəfdə bənövşəyi çiləmələri olan göy və yaşıl rənglərin üstünlüyü nəzərə çarpır. Sürücü tərəfində daha soyuq, sərnişin tərəfində isə daha isti çalarlar mövcuddur. Avtomobilin arxa hissəsində isə digər hissələrdə istifadə edilən bütün rənglər vurulubdur.

Şərbətli öz işlərini Hərəkət edən incəsənət adlandırır. O, gündəlik predmentləri götürərək onları boyayır. Əsərlərin məqsədi insanlarda yaxşı əhval-ruhiyyə yaratmaqdır. Əvvəl səudiyyəli rəssam Luvrda sərgilənən Porsche avtomobilini boyayıb. Xatırladaq ki, Pagani Zonda modelinin istehsalına 2013-cü ildə son verilib. Avtomobilin sonuncu xüsusi versiyası No.33 adlanan superkar olub. Onu rusiyalı müştəri sifariş edib.

Pagani Zonda 602 at qüvvəli 7.3-litrlik V12 mühərriki və mexaniki sürətlər qutusu ilə təchiz edilir.

ДРУГИЕ СТАТЬИ