DS markası iki modelin istehsalına son verib

PSA Peugeot Citroen qrupunun tərkibinə daxil olan premium DS markası DS 4 və DS 5 modellərinin istehsalına son verib. Bunun əsas səbəbi model xəttinə yenidən baxılması və bazara yeni yığcam modellərin çıxmasıdır. “Autocar” dərgisinin məlumatına görə, yeni modellərin arasında elektrik DS 3 Crossback modeli də vardır.

Keçən il fransız markası 11746 ədəd DS 4 hetçbekini satıb. Müqayisə üçün bildirmək lazımdır ki, seqmentin lideri olan VW Golf modeli 170431 nüsxəlik tirajla satılıb. DS 5 modelinin Avropadakı satışları isə ümumiyyətlə gülüncdür – 5738 ədəd. Bu səbəbdən də marka rəhbərliyi hetçbek kuzovlu modellərdən imtina edərək krossoverlərə üstünlük verməyi qərarlaşdırıb. Bundan başqa, istehsalçı DS 8 adlı flaqman modelini də buraxmaq niyyətindədir.

İlkin məlumata görə, DS markasını daşıyacaq elektrik mühərriki ilə hərəkətə gələn yeni yığcam modelin debütü bu ilin payızında fəaliyyətə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir. Bu modelin satışlarına qoşulan hibrid olan DS 7 E-Tense modelinin bazara çıxmasından sonra başlanacaqdır. Eyni zamanda, elektrikləşdirilmiş modellər fransız istehsalçısının model xəttini genişləndirəcəkdir.

DS 4 Crossback

ДРУГИЕ СТАТЬИ