Chrysler markası tarixin arxivinə göndərilə bilər

Deyəsən Chrysler markasının başında qara buludlar dolaşmağa başlayıb. “Automotive News” nəşrinin bildirdiyinə görə, Fiat Chrysler ittifaqının rəhbəri Sergio Markionne 90 illik tarixi olan Chrysler markasını elə həmin tarixin arxivlərinə göndərmək fikrindədir.

Əgər gəzən şaiyələr doğrudursa, sabah konsern rəhbərinin sərmayədarlar ilə İtaliyada baş tutacaq görüşdə amerikan markasının sonrakı taleyinə aydınlıq gətiriləcəkdir.  Əslində, son zamanlar Chrysler markası demək olar ki, durğunluq keçirir. Brendin model xətti iki avtomobildən köhnəlmiş 300 sedanından və yeni Pacifica mininvenindən ibarədir.  Bundan başqa, Markionne Fiat markasını Çin və ABŞ bazarından çıxararaq italyan istehsalıçısını Avropa, Braziliya və inkişafda olan ölkələrin bazarlarına yönləndirmək fikrindədir.

Bu dəyişikliklər FCA konserninə daha uğurlu nəticələr göstərən və ən gçox əlir gətirən Jeep markasına əlavə sərmayələri yönəltmək imkanı verəcəkdir. Jeep markasının yeni sərmayə tələb edən məhsulları arasında yeni nəsil Renegade modelini və dəbdəbəli Grand Wagoneer ofrouderini göstərmək olar. Bundan başqa, nəşrin məlumatına əsasən, konsern Alfa Romeo və Masreati markalarını bir çətir altında biləşdirə bilər. Əlbəttə ki, məntiqlə belə bir addımın atılması düzgündür – idman avtomobillərinə istiqamətlənmiş iki markanın mövcudluğu elə də böyük əhəmiyyət kəsb etmir, çünki son zamanlar istehlakçılar daha çox krossoverlərə üstünlük verirlər.

Bildiyimiz kimi, 14 ildir ki FCA konserninə başçılıq edən Sercio Markionne gələn il öz yerini xələfinə təhvil verməyə hazırlaşır və bu dəyişiklər onun bu vəzifədə atacağı son möhtəşən addım ola bilər.  

ДРУГИЕ СТАТЬИ